Şuşaya 75 kilometrlik məsafədən elektrik xətti çəkilir
Ölçü:

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfərləri zamanı dövlət başçısı Füzulidən Şuşaya çəkilən elektrik xəttindən də danışıb.

Koordinat.az xəbər verir ki,  prezident bildirib ki, Şuşanın işıqlandırılması və ümumiyyətlə, şəhərin inkişafı üçün yeni xətt mütləq inşa edilməli idi: “Qısa zaman ərzində ağır relyefi olan ərazidə bu dirəklər qoyulub. Bu onu göstərir ki, yaxın zamanda Şuşaya həyat qayıdacaq”.

Qeyd edək ki, elektrik xətti 75 km məsafədə çəkilir və 110 kV-luq ikidövrəli yüksəkgərginliklidir.
15.01.2021 16:56:00
Oxuma sayı: 49