İki iri dövlət şirkəti 2020-ci ili zərərlə başa vurub
Ölçü:

Azərbaycanda mənfəət və zərərlə işləyən dövlət şirkətləri məlum olub.

Koordinat.az
xəbər verir ki, bir qədər əvvəl yaradılan Dövlət İnvestisiya Holdinqinin tərkibinə verilmiş dövlət şirkətlərinin göstəricilərinə əsasən, iri şirkətlərin bəziləri olduqca böyük zərərlə çalışır.  2019-cu ilin nəticələrinə görə, ölkədə ən böyük zərərlə işləyən dövlət şirkətləri «Azərbaycan Dəmir Yolları» QSC və «Azərsu»  ASC-dir.

«Azərbaycan Dəmir Yolları» QSC yenicə yola saldığımız ili 225 milyon manat xalis zərərlə başa vurublar. Yeri gəlmişkən, bu dövlət şirkəti ötən ili də böyük zərərlə bağlamışdı. Nəticədə son iki ildə «Azərbaycan Dəmir Yolları»nın ümumi zərəri 600 milyon manata çatır.

«Azərsu» isə 2019-cu ili 592 milyon manant zərərlə bağlayıb.

Bəzi dövlət şirkətləri isə 2019-cu ili mənfəətlə başa vurublar. Bunlar - SOCAR, Azərbaycan Beynəlxalq Bankı və «Meliorasiya və su təsərrüfatı» ASC-dir.  

Daha 3 şirkət isə göstəricilərini açıqlamayıb. Bunlar - «AZAL» və «Azerenerji»-dir. «AZAL»ın zərərlə işlədiyi məlumdur, amma hesabatlarını gizlətdiyinə görə, zərərin dəqiq məbləği açıqlanmır.


15.01.2021 16:40:00
Oxuma sayı: 95