Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq edildi
Ölçü:

Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır.

Koordinat.az
xəbər verir ki, bunu “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib. O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq.

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.
15.01.2021 15:46:00
Oxuma sayı: 62