Vaksinasiya gələn həftədən başlayır
Ölçü:

Azərbaycanda peyvəndləmə gələn həftədən başlanacaq.

Koordinat.az xəbər verir ki, bunu Modern.az-a cavab olaraq Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O, qeyd edib ki, ölkəmizdə Çin istehsalı olan Sinovac peyvəndindən istifadə ediləcək.

Hökumət rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi peyvəndin alınması üçün 46,1 milyon manat vəsait sərf edib.

15.01.2021 15:22:00
Oxuma sayı: 206