Keçmiş mətbuat katibi Vüqar Səfərlinin “Jurnalistlər binası”ndakı fırıldaqlarının üstünü açdı
Ölçü:


Bakı şəhər Baş Polis İdarəsinin eks-mətbuat katibi, “Xalq qəzeti”nin keçmiş əməkdaşı, “Jurnalistlər binası”nın hazırkı sakini Qalib Arif Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlinin ictimaiyyətə məlum olmayan bəzi əməlləri barədə danışıb.

Koordinat.az
-ın məlumatına görə, Qalib Arif bildirib ki, Azərbaycan Mətbuatının 150 illik tarixində bu qədər savadsız, bu qədər kobud, bu qədər acgöz adam görünməyib...

“Düşünürəm ki, banklardan çıxan 5 milyon manat bu adamın mətbuatdan oğurladıqlarının ancaq nağd hissəsidir. İndi görün, Bakıda, bütün Azərbaycanda nə qədər mənzilləri, biznes obyektləri var...”.

Qalib Arif deyib ki, Vüqar Səfərli zamanında “Jurnalistlər binası”nın sakinlərinin başına oyun açıb: "Deməli, mən Azərbaycan Prezidentinin jurnalistlər üçün tikdirdiyi binaların birinin sakiniyəm və Vüqar Səfərlinin bizim başımıza açdığı oyunların şahidiyəm.
Mən hər gün xarab olan su kranlarından, açılıb-bağlanmayan, küləkdən vıyıldayan, hətta içəri su buraxan qapı-pəncərələrdən danışmaq istəmirəm. Aydındır, 5 manata alınıb, 50 manata qeydiyyata salınıb. Bircə misal çəkəcəyəm. Deməli, jurnalist binalarının bütün sakinləri 5 ildir ki, KOMBİ problemindən əziyyət çəkirdi. Az qala, hər ay çirklənirdi, 30-40 manat verib yudurtmaq lazım gəlirdi. Məsələn, mən bu 3-4 ildə KOMBİ-yə min manata qədər xərc çəkmişəm. Düşünürəm ki, təzəsini alsaydım yaxşı idi.Təxminən 1 il bundan qabaq Vüqar Səfərli işdən çıxarıldı. Və inanmazsız, bizim KOMBİ-lər işləməyə başladı... Artıq bir ildir ki, çirklənmir, işləyir...

Düzü mən mat qaldım, kiçik bir araşdırma apardım. Deməli, Vüqar Səfərli Türkiyədə bizim binalar üçün KOMBİ-lərin alındığı “Dəmir-Döküm” şirkəti ilə danışıb, burda onun bir filialını (ofisi Mətbuat Şurasının yaxınlığındadır) açdırıb. Sonra da Qaz İdarəsinin keçmiş rəhbərliyi ilə danışıb, “Jurnalist binaları”na təmizlənməmiş qaz verdirməyə başlayıb. KOMBİ-lər də tez-tez xarab olub, Vüqar Səfərlinin filialı da adamları soyub. Təsəvvür edin ki, Türkiyə bazarında hardasa 5 lirə olan ağ plasmas filtrlər burda 25-35 manata (“8-ci km” bazarında 10-15 manat idi) təklif edilirdi. Bu müddətdə hər bir sakinin orta hesabla 1000 manatdan çox xərc çəkdiyini nəzərə alsaq, bu yarım milyona qədər pul deməkdir. Siz quldurluğun miqyasını (kiçik bir sahədə) təsəvvür edirsinizmi?!”.

 
15.01.2021 14:22:00
Oxuma sayı: 54