Rusiyalı ekspert: "Rusiya Qarabağda yerli özünüidarəetmə ilə məşğul olmayacaq"
Ölçü:

"Qarabağı Azərbaycanın özü inkişaf etdirməlidir. Rusiya hazırda yalnız sülhməramlı missiya çərçivəsində müharibənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur".

Koordinat.az
xəbər verir ki, bunu məşhur rusiyalı iqtisadçı, "İzborsk klubu"nun daimi üzvü Mixail Xazin deyib. O, bildirib ki, regiona qayğı Azərbaycan hakimiyyətinin çiynindədir: “Əmin olmaq olar ki, Rusiya Qarabağda yerli özünüidarəetmə ilə dəqiq məşğul olmayacaq. Rusiya orada yalnız iki funksiyanı yerinə yetirir: yenidən müharibə olmamasına nəzarət və keçmiş cəbhə bölgəsini yaşayış bölgəsinə çevirmək. Xüsusilə hər şeydən əvvəl minalardan təmizlənmə və təhlükəsizliyin təmin edilməsi. Ərazilərin inkişafı - infrastrukturun inşası və digər humanitar aspektlər isə, əlbəttə, onların aid olduqları ölkələrin işidir”.

Öz növbəsində, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Artyom Pılin deyir ki, Rusiyanın marağı nəqliyyat komponentinin inkişafında, Rusiyanı Ermənistanla Azərbaycan üzərindən birləşdirəcək marşrutların tikintisindədir: Əmin olmaq olar ki, Azərbaycan hazırda Rusiya tərəfindən aldığı humanitar yardım da daxil olmaqla, Qarabağın inkişafı ilə məşğul olacaq. Belə yardımın davamlılığına gəlincə, bu, müharibənin nəticələrinin nə qədər tez aradan qaldırılmasından asılı olacaq: torpaqları minalardan təmizləmək, əsas infrastrukturu və yaşayış binalarını təmir etmək...". (Virtualaz.org)

15.01.2021 11:34:00
Oxuma sayı: 44