IX sinif şagirdləri yalnız bir mərhələdə imtahan verəcək.
Ölçü:

İmtahan tarixləri haqqında yalnız yanvarın 18-dən sonra danışmaq mümkündür. Hazırda bu barədə fikir söyləyə bilmərəm.

Koordinat.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, xatırladıb ki, hazırda kütləvi tədbirlərin keçirilməsi mümkün deyil: “Bizim işçilərin də 30 faizi iş yerindədir. Digərləri onlayn rejimində çalışırlar. Eyni zamanda evdən çıxmaq üçün 3 saatlıq icazə var. Bu halda heç bir təşkilat kütləvi imtahan keçirə bilməz”.

Onun sözlərinə görə, yanvarın 18-dən sonra təxmini tarixləri demək mümkündür. Daha əvvəl isə imtahan ardıcıllığı elan ediləcək, tarixlər müəyyənləşəcək: “Bu, bizdən asılı deyil, tarix pandemiya şərtlərindən asılıdır ki, yoluxma səviyyəsi necə olacaq, kütləvi imtahan keçirmək mümkün olar, ya yox. Amma hər bir təklifimizi hazırlayıb hökumətə təqdim edirik ki, bizə icazə verilsin. Bir dəyişiklik o olacaq ki, bu il də IX siniflər yalnız bir mərhələdə imtahan verəcək. İmtahan strukturu artıq elan olunub, xüsusi jurnal da çap edilib”.

14.01.2021 18:11:00
Oxuma sayı: 12252