Paşinyan Zəngəzurla bağlı xüsusi iclas keçirdi

Koordinat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclasda bölgənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, sərhədlərin möhkəmləndirilməsi nəsələləri müzakirə olunub. Bildirilib ki, Qarabağla Zəngəzur arasında yeni sərhədin yaranması, əhəmiyyətli strateji yükskliklərin Azərbaycanın nəzarətinə keçməsi rəsmi Yerevanda narahatlıq yaradıb.
İclasda hökumət üzvləri ilə yanaşı, hərbi rəhbərlik və Zəngəzur bölgəsi üzrə səlahiyyətli şəxslər də iştirak edib.
13.01.2021 15:43:00
Oxuma sayı: 36