Azərbaycan nefti 56 dollara satılır
Ölçü:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 12-də 56,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.

Koordinat.az xəbər verir ki, bu barədə neft-qaz bazarındakı mənbələrin yaydığı məlumatlarda deyilir. Bildirilir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 56,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 56,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,14 dollar/barel çoxdur.

 

13.01.2021 11:12:00
Oxuma sayı: 30