Daha 802 nəfərdə koronavirusa yoluxdu - 31 nəfər ölüb
Ölçü:

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Koordinat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilir ki, son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 221 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2 792 nəfər vəfat edib. Hazırda 19 396 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 435, bu günə qədər isə ümumilikdə 2 222 629 test icra olunub.

05.01.2021 17:13:00
Oxuma sayı: 12325