"Falcon Heavy" raketi ilə 63 ton yük orbitə qaldırıldı
Ölçü:


7 aprel 2018-ci il bəşəriyyət tarixinə qızıl hərflərlə yazılacaq bir gün kimi yadda qaldı. Belə ki, İlon Mask uzun çarpışmalardan sonra dünən "Falcon Heavy" yük raketi ilə 63 ton yükü uğurla orbitə qaldıra bilib.

Koordinat.az xəbər verir ki, bunu texnologiyalar üzrə ekspert, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib. O qeyd edib ki, indiyədək bu sahədə söz sahibi olan NASA cəmi 24 ton yükü qaldıra biləcək raket hazırlaya bilmişdi. NASA həm də bunun büdcəsinin təxminən 1 milyad dollar olduğunu bildirirdi. "Falcon Heavy"nin büdcəsi isə 10 dəfə ucuzdur - cəmi 90 milyon dollar.

"Diqqət çəkən məqam həm də ondan ibarətdir ki İlonun daşıyıcı raketlərindən bir neçə dəfə istifadə oluna bilir. Yəni, daşıyıcılar geriyə qayıdaraq təhlükəsiz eniş edə bilir.
Diqqət çəkən daha bir məqam həm də odur ki Mask yük olaraq həmdə özünün 100 min dollarlıq maşınını da Mars ətrafı orbitə qaldırıb. Sürücü yerinə də skafandrda bir maneken yerləşdirib. Yəni, digər planetlərə "Gəlirik!" mesajı verib".

Osman Gündüz bildirib ki, son zamanlar Yer planetində resursların tükənməkdə olduğu və yaşayış üçün, bəşəriyyətin gələcəyi üçün yeni planetlərin axtarılmasının zəruriliyi ətrafında müxtəlif müzakirələr aparılır.  Onun sözlərinə görə, artıq böyük dövlətlər, müxtıəlif fondlar bu istiqamətdə investisiyalar yatırmaqla real işlərə üstünlük verməyə başlayıblar: "Yəni addım-addım kosmosun resurslarının bölüşdürülməsi prosesi gedir. İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti təxminən 7 il olardı ki bu raketi hazırlamağa başlamışdı. Beləliklə, dünənki günü kosmosda yeni həyat axtarılması istiqamətdə atılan real addım kimi dəyərləndirmək olar".

"Yeri gəlmişkən, görəsən Azərbaycanın milli kosmik sənaye rəsmiləri, "Azərkosmos" AQSC dünən baş verənlər haqqında nə düşünür? Maraqlı olardı ki, bu istiqamətdə açıqlamalar veriləydi, "Azərkosmos" belə layihələrdə iştirak edə biləydi. Artıq keçmişdə qalan, rentabelsiz telekommunikasiya yönümlü xidmətlər verən peyklərin istehsalına vəsaitlər yatırmaqdansa, perspektivə baxıb bu tip layihələrdə iştirak milli kosmik sənayemizin inkişafı üçün daha faydalı ola bilərdi" - deyə, Osman Gündüz əlavə edib.
07.02.2018 16:21:56
Oxuma sayı: 3306