Çin vaksinləri Türkiyəyə gətirildi
Ölçü:

Türkiyənin Çindən aldığı koronavirus peyvəndi Ankaraya çatdırılıb.

Koordinat.az
xəbər verir ki, Çin istehsalı olan “Sinovac” peyvəndlərini daşıyan Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə 05:44 radələrində Esenboğa Hava Limanına eniş edib.

Peyvənd konteynerləri Pekindən gələr-gəlməz  anbarlara yerləşdirilməyə başlayıb.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl açıqlamışdı ki, Çinlə bağladıqları müqaviləyə əsasən, Türkiyəyə 50 milyon vaksin gətiriləcək. Dövlət başçısı ilkin mərhələdə 4, 5 milyon doza peyvəndin çatdırılacağını bildirmişdi.

30.12.2020 10:25:00
Oxuma sayı: 12242