Daha 1703 nəfər koronavirusa yoluxdu
Ölçü:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 4 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 211 764 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2 416 nəfər vəfat edib, aktiv xəstə sayı 49 103 nəfərdir.

Ölkədə son sutka ərzində 13 300, hazırkı dövrədək isə 2 12 9291 test aparılıb.

 
25.12.2020 16:39:00
Oxuma sayı: 12215