İqtisadiyyatmız 4 faizədək kiçilib
Ölçü:


“Ölkə Prezidentinin dediyi kimi, Qarabağ yenidən qurulacaq, dirçələcək və canlanacaq”.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələrində iştirak edən Maliyyə naziri Samir Şəfrifov deyib. O, bildirib ki, 2021-ci ildə büdcə kəsirlərinin artırılması nəzərdə tutulur. Həmçinin dövlət xəzinəsində ilin sonuna 500 milyon manat qalıq qalması gözlənilir: “Həmin qalıq vəsit də növbəti ilin büdcə kəsirlərinin qarşılanması üçün nəzərdə tutulur”.

Nazir bildirib ki, bu ilin sonuna iqtisadiyyatın 4 faizədək kiçiləcəyi gözlənilir: "2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək vacib tədbirlər var. Eyni zamanda dövlət sərhədlərinin bərpası üçün də vəsaitlər nəzərə alınıb. 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” qanuna uyğun şəkildə qurulub. Prezidentin müəyyən etdiyi qeyri-neft sektorunun inkişafı və s. əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb”.
23.12.2020 11:14:00
Oxuma sayı: 14434