“Radiozavod”da partlayış
Ölçü:


Bakıda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Radiozavod”da partlayış baş verib.

Koordinat.az
  xəbər verir ki, partlayış yanğınla müşahidə olunub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub. Bundan sonra yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur. 
 
Bildirilir ki, partlayış baş verən partlayış istehsalat sahələrindən birində baş verib. Partlayış o qədər də böyük olmayan ərazini əhatə edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.
06.02.2018 20:12:00
Oxuma sayı: 824