I siniflərə şagird qəbulunda yenilik
Ölçü:


2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu elektron sistem vasitəsilə keçiriləcək. Onlayn ərizə qəbulu Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində tətbiq ediləcək.

Təhsil Nazirliyindən Koordinat.az-a bildiriblər ki, I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-də başlayacaq.

Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.

2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil müəssisələrinin I sinfinə elektron sistem vasitəsi ilə 46 694 uşaq qəbul olunub.   /Virtualaz.org/
06.02.2018 16:59:00
Oxuma sayı: 1238