Ərdoğan: "Qarabağda Azərbaycan bayrağı dalqalanır"
Ölçü:

“Ermənilərin xislətini tarixdən ən yaxşı qarslılar bilir”.

Koordinat.az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib. Ərdoğan bildirib ki, Qarabağdakı zəfərdən ən çox qazanan bölgələrdən biri də Türkiyənin Qars vilayəti olacaq: “Azərbaycanlı qardaşlarımızın qətiyyətli mübarizəsi nəticəsində Dağlıq Qarabağda  Azərbaycan bayrağı qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasında quru yol və dəmiryolu bərpa olunduqdan sonra Azərbaycanla birbaşa əlaqəyə sahib olacağıq. Bu əlaqələrdən ən çox faydanı görən yerlərin başında Qars gəlir. 30 illik işğalın ardından Azərbaycan öz torpaqlarına qovuşmanın haqlı sevincini yaşayır”.

Türkiyə Prezidenti deyib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır: “Azərbaycan kimsənin torpağına əl uzatmadı, göz dikmədi, kimsəyə hücum etmədi. BMT və ATƏT qərarlarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi dinc insanların yaşadığı yeri hədəf almaqla deyil, qanun çərçivəsində gerçəkləşdirdi”.
05.12.2020 16:55:00
Oxuma sayı: 269