Erməni komandir Azərbaycan zabitinə: “Oldu qardaş, sabah görüşərik...”
Ölçü:

Sosial şəbəkələrdə Azərbaycan-Ermənistan dövlət sərhədində iki ölkə hərbçilərinin müşahidə postlarının harada yerləşəcəyini razılaşdırmaq üçün baş tutmuş görüşünün kadrları yayılıb. 

Koordinat.az xəbər verir ki, Kəlbəcər istiqamətində baş tutduğu təxmin edilən həmin görüşdə erməni komandir təmiz Azərbaycan dilində tərəflərin müşahidə postlarının necə yerləşdirilməsi barədə təklifini çatdırır. Deyir ki, tərəflər öz ərazisində müşahidə postlarını istədikləri yerdə qoya bilərlər. Sonda erməni komandir Azərbaycan zabitinin əlini sıxır, ona “qardaş” deyə müraciət edir, sağollaşır və məsələni müzakirə etmək üçün “sabah görüşərik” deyib uzaqlaşır...

Həmin kadrları təqdim edirik:

05.12.2020 13:21:00
Oxuma sayı: 246