44 günlük müharibədə və ondan əvvəlki dövrdə əsir düşənlər geri qaytarılacaq
Ölçü:

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın Dağlıq Qarabağ münaqişəsi zonasında əsir mübadiləsi zamanı “hamının hamıya” prinsipi ilə bağlı razılığa gəldiyini elan edib.

Koordinat.az
xəbər verir ki, Paşinyan erməni xalqına videomüraciətində əsirlərin geri qaytarılmasının ən vacib məsələlərdən bir olduğunu deyib: "Burada müəyyən irəliləyiş var. Əsasən, “hamının hamıya” mübadilə prinsipi razılaşdırılıb”.

Paşinyan televiziya ilə müraciətində onu da bildirib ki, həm Qarabağdakı 44 gün davam edən döyüşlərdə, həm də ondan əvvəlki dövrlərdə əsir düşənlər geri qaytarılacaq. O, əlavə olaraq, əsirlərin geri qaytarılması mexanizmlərin hazırlanmasının zəruriliyini də vurğulayıb.

Erməni Baş nazir digər vacib problemin itkin düşənlərin axtarışı olduğunu bildirib. O, noyabrın 9-dan bəri 600-dən çox ölü hərbçinin cəsədinin münaqişə zonasından çıxarıldığını, 500 meyitin şəxsiyyətini müəyyənləşdirmə mərhələsində olduğunu söyləyib: “Yüksək bir ehtimalla, bunların itkin düşmüş həmyerlilərimizin meyitləri olduğunu söyləyə bilərik. Şəxsiyyətin müəyyən edilməsi DNT testləri istifadə edilərək həyata keçirilir. Bu günə qədər ölənlərdən 135-nin şəxsiyyəti müəyyənləşdirilərək qohumlarına təhvil verilib”.

05.12.2020 12:58:00
Oxuma sayı: 233