Paşinyan Koçaryan və Sərksiyanı 7 rayonu Azərbaycana vaxtında qaytarmamaqda günahlandırdı - erməni xalqına müraciət
Ölçü:


“2016-cı ilin aprelində Ermənistan hakimiyyəti 7 rayonu Azərbaycana qaytaracağı ilə bağlı vəd verdikdən sonra müharibə dayandı”.

Koordinat.az xəbər verir ki, Ermənistanın Baş naziri Paşinyan bu gün xalqa videomüraciətində belə deyib. O, keçmiş prezident Robert Koçaryanın ittihamlarına cavab olaraq bildirib ki, müharibə təhlükəsindən qaçmaq Ermənistan üçün həmişə riskli olub: “Müharibədən qaça bilsəydiniz bunu 2016-cı ildə edərdiniz. Bunu edə bilmədiniz. Siz əraziləri geri qaytarmaq barədə şifahi razılıqdan sonra müharibəni birtəhər dayandıra bildiniz. Bəs biz niyə bacarmadıq? Çünki, bizə deyildi ki, Ermənistan bir neçə dəfə vəd verib, amma sonra əməl etməyib. Odur ki, danışıqlar yalnız yazılı və konkret vaxt cədvəlini təqdim etməklə aparıla bilər. Müharibəni ancaq rəsmi imzalanmış sənədlə saxlamaq olardı".

Paşinyan xatırladıb ki, müharibənin ilk günü parlament tribunasından hansı şərtlərlə müharibəni dayandırılmasının mümkünlüyünü bəyan edib. Amma parlamentdə çoxluq müharibənin dayandırılmasına razı olmadılar: “İndi Köçatyan da, başqaları da “5+2” formatında ərazi mübadiləsinin tərəfdarı olub. Əgər buna razı idinizsə niyə 2016-cı il aprel döyüşlərindən sonra, 2017-ci ildə bunu etmədiniz? O zaman bunu etsəydiniz indiki müharibənin də qarşısını alardınız və problemi həll edərdiniz. Xüsusən Aprel müharibəsindən sonra bütün nüansları bilirdiniz. Bəzilərinə elə gəlir ki, Azərbyacan “5+2” formatını alqışlayırdı. Bu yalnız müzakirə üçün təklif idi. Əgər Ermənistan buna razı olsaydı Bakı Şuşanı, Laçını və digər yerləri tələb edəcəkdi. Çünki Aprel döyüşləri zamanı da Azərbaycanın şərtləri diqtə edən tərəf idi".
05.12.2020 12:43:00
Oxuma sayı: 46