Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib
Ölçü:


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsini pisləyib.

Koordinat.az
xəbər verir, Türkiyə parlamentinin sədri bildirib ki, yuxarıda adıçəkilən qətnamənin qəbulundan sonra Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib: “Dövlət olaraq tanınmaq əgər bu qədər asandırsa, dövlət olmaqdan çıxmaq da belə asan olmalıdır. Fransa Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib".
04.12.2020 18:16:00
Oxuma sayı: 33