Bakı və Yerevan əsirlərin tam siyahısını “Qızl Xaç”a təqdim etdi - "hamının hamıya" prinsipigerçəkləşir
Ölçü:


Azərbaycan və Ermənistan tərəfi əsir düşmüş vətəndaşlarının siyahılarını Beynəlxalq Qızıl Xaç Komitəsinə təqdim edib.

Koordinat.az
xəbər verir ki, həmin siyahılarda olan şəxslərin qarşılıqlı dəyişdirilməsi nəzərdə tutulur.

Məlumatı Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisi təsdiqləyib.

Xatırladaq ki, hələ bir neçə ay əvvəl Azərbaycan hökuməti əsir və girovların "hamının hamıya" prinsipi ilə dəyişdirilməsi təşəbbüsü ilə çıxış etsə də, işğalçı ölkə bu təkliflə razılaşmamışdı. Qırx dörd günlük müharibə başa çatdıqdan sonra isə rəsmi Yerevan əsirlərin "hamının hamıya" prinsipi ilə dəyişdirilməsinə razılıq vermək məcburiyyətində qalıb.
04.12.2020 17:55:00
Oxuma sayı: 32