ATƏT-in rəhbər heyətində yeni təyinatlar
Ölçü:

ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib

Koordinat.az
xəbər verir ki, ATƏT-ə üzv dövlətlər uzun müddətdir təşkilatın boş qalan rəhbər vəzifələrinə təyinatlarla bağlı razılığa gələ biliblər. ATƏT-in Baş katibi postuna alman diplomat Helqa Şmid seçilib. O, Avropa İttifaqının (Aİ) xarici siyasət ofisində eyni vəzifəni tutur.

İtaliyalı Matteo Mecacci ATƏT-in seçki və insan haqları üzrə ofisinin direktoru, Maria Tereza Ribeyro ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi, Kayrat Abdrahmanov isə ATƏT-in milli azlıqlar üzrə ali komissarı seçilib. (APA)

Xatırladaq ki, üzv dövlətlər bu il ATƏT-in Baş katibi vəzifəsi də daxil olmaqla dörd əsas rolda üç illik heyət müddətini yeniləməyə razılaşa bilməmişdilər. Buna görə də həmin vəzifələr iyul ayından bəri boş idi.

04.12.2020 17:48:00
Oxuma sayı: 31