Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən, çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərindən bəhs ediilb. Tərəflər Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirib.
04.12.2020 17:26:00
Oxuma sayı: 181