Ərdoğan İlham Əliyevin Fransaya tövsiyəsini dəstəklədi
Ölçü:


ATƏT-in Minsk qrupu vasitiəçi qrupdur, Fransa həmsədr ölkə olaraq vasitəçi kimi çıxış etməlidir.

Koordinat.az
-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnaməsini şərh edərkən deyib. O bildirib ki, son addımları ilə Fransa vasitəçilik hüququnu itirib.

Ərdoğan deyib ki, Fransa ilk növbədə prezident Emmanuel Makrondan canını qurtarmalıdır: “Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq. Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. O dedi ki, Fransa erməniləri bu qədər sevirsə, Marseli ermənilərə versin. Mən də eyni şeyi tövsiyə edirəm”.

04.12.2020 17:17:00
Oxuma sayı: 267