Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - ermənilər təşviş içərisində
Koordinat.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində artıq Qarabağa dönüş və qondarma “Artsax”ın mövcudluğu kimi uydurma fikirlərin yerini tarixi Azərbaycan torpağı olan Zəngəzurun itirilməsi təşvişinə buraxıb. Liana Qriqoryan adlı istifadəçi Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla keçmiş qondarma rejimin “müdafiə ordusu”nun komandanı general-leytenant Mikael Arzumanyanın görüşü ilə bağlı xəbərin şərh bölməsinə yazıb: “Ermənistanın xeyrinə erməni sərhədlərini qoruyun. Sunik və Geqarkuniki versəniz, xalq sizi bağışlamayacaq”.
Şərhdə adıçəkilən Sunik bölgəsi tarixi Zəngəzur mahalının ərazisində yerləşir. Ərazisi 4,506 kv.km, mərkəzi Qafan şəhəri olan bölgə şimaldan Vayoc dzor mərzi, cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir. Geqarkunik isə tarixi Göyçə gölünün əhatəsində, Ermənistan-Azərbaycan sərhəd bölgəsində yerləşir.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından sonra Ermənistanın Azərbaycana vurduğu bütün zərərlər hesablanacaq və beynəlxalq məhkəmələrin qərarı ilə bütün zərərlər Ermənistana ödətdiriləcək. Bu zərər hələ ki 50 milyarda yaxın məbləğlə ölçülür. Lakin Ermənistanın bu məbləği Azərbaycana ödəyəcək qüvvəsi olmadığı üçün əvəzində torpaq verəcəyi bildirir. Tarixi ərazimiz olan Zəngəzurun qaytarılması beləcə gündəmə gəlib.

04.12.2020 16:56:00
Oxuma sayı: 416