Tiqran Abrahamyan: "Azərbaycan Xankəndidə sərbəst gəzir"
Ölçü:

“Azərbaycan hərbçiləri çox rahat şəkildə Stepanakertdə (Xankəndi) dolaşırlar”.

Koordinat.az
xəbər verir ki, bu sözləri “Enaket” analitik mərkəzin rəhbəri, separatçı rejimin tanınmış simalarından olan Tiqran Abrahamyan sosial şəbəkədə yazıb. O qeyd edib ki, Azərbaycan hərbçiləri Xankəndidə mağazalarda rahat şəkildə ticarət edirlər: “Doğrudur, bu Rusiya sülhməramlılarının müşayiəti altında baş verir. Amma mahiyyət dəyişmir”.

Tiqran Abrahamyan Ermənistan Baş naziri Nikol Paşinyanı da itiham edib: “Nikol Paşinyan, heç olmasa azacıq da olsa vicdanın varmı? İmzaladığın sənədin nəticəsində Azərbaycanlı əsgərləri bizi Xankəndidə ələ salırlar. Nikol, sən şərəf və ləqayətin nə olduğunu bilmirsən”.
04.12.2020 15:37:00
Oxuma sayı: 46