Əsgərimiz BTR-i düşmənin döyüş maşınını üzərinə çıxarıb - FOTO
Ölçü:

Cəbhənin Tərtər istiqamətində üzərində düşmənin yanmış BMP-2 piyada döyüş maşını və bu maşının üzərində yanmış BTR-82A zirehli transportyorunun qalıqları var. Fotoda görürsünüz.

Koordinat.az
xəbər verir ki, döyüş maşınlarının bu vəziyyətə düşməsinin özünün bir tarixçəsi var. Hərbi jurnalist Elgün Gəncimsoy həmin hadisənin necə baş verdiyini təqdim edir: "Tərtər istiqamətində qızğın döyüşlər davam edirdi. Düşmənin xüsusi ilə bu istiqamətdə yaratdığı beton istehkam qurğularını yarmaq üçün hər qarıca qan tökmək lazım idi. Ancaq müzəffər Azərbaycan Ordusu qanı bahasına düşmənin müdafiyə səddini yararq tapşırılan bir neçə yüksəkliyi azad etmişdi. İgid əsgər Talış kəndinə və Suqovuşan yolan dərinlikdən nəzarət Ağ uçuq yüksəkliyinə çıxıb. Həmçinin dəniz səviyyəsindən min üç yüz metrdən artıq yüksəklikdə yerləşən zirvəsini azad etməlidir ki, Ağuçuq zirvəsinə olunan əks həmlələr səngisin və əlaqə yolları vurulmasın. Bölmələr hərəkətə başlayır. Onları atəş altında saxlayan düşmənin 82 mm-lik minaatan batareyası məhv edilir, yol boyu geri çəkilən işğalçı ordunun canlı qüvvəsi vurulur. Sözügedən əraziyə “Qaranlıq meşə” deyirlər. Buranın təmizlənməsi barədə general-mayor Hikmət Həsənova məruzə olunur. Komandir şəxsi heyyəti strateji yüksəkliyi azad etməli münasibəti ilə təbrik edir.

Meşə o qədər qalındır ki, burada müşahidə iyirmi metrdən artıq deyil. Düşmənin 022 saylı xüsusi təyinatlı hərbi hissəsinin qəfl basqını baş verir. Yaxın məsafədə başlayan açıq döyüşdə yüksəkliyə çıxarılan bir tankımız sıradan çıxır. Ancaq ağır döyüşdə şəxsi heyyət itkisi olmur. Polkovnik-leytenant (şəhid) Əfqan Əbdürəhmanov, polkovnik-leytenant (şəhid) Soltan Məmmədov və Mayor Bəhruz Qələmiyev oradakı qüvvəni yenidən cəmləyərək müdafiə mövqeyi qurur. Bir neçə saat ərzində düşmənin üç əks həmləsinin qarşısını alır. Bir saatdan artıq olar ki ərazidə tam sakitlikdir.

Həmlə taborunun şəxsi heyyəti və yuxarıda adları çəkilən zabitlər növbəli şəkildə istirahət edirlər. Qəflətən hərbi texnika səsi eşidilir. Texnikaya qarşı döyüşməyə sursat demək olar ki tükənib. Təminat isə yoldadır. Mövqelərin qarşısında düşmənin BMP-2 piyada döyüş maşını peyda olur. İgid döyüşçülərimiz nə edəcəyini bilmirlər BMP-2 isə durmadan atəş açır. Ümidlərin puç olduğu, hər kəsin Şəhid olmağa hazırlaşdığı zaman mövqedən çıxıb geri qaçan əsgər diqqət çəkir. Hamı onun döyüşdən qaçdığını zənn edir. Lakin o aralıda olan BTR-82A zirehli transportyora minərək onu işə salıb, tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Ermənin BMP-2 heyyəti nəyin baş verəcəyini anlayana qədər əsgərimiz idarə etdiyi BTR-82 bizə atəş açan döyüş texnikasının üstünə mindirib onun qülləsinin hərəkəti məhdudlaşdırır. Bundan sonra Əfqan Əbdürəhmanov və Soltan Məmmədov mövqelərindən çıxaraq düşmənin piyada döyüş maşınına tərəf qaçaraq onun “lyuk”una əl qumbarası atır. Heyyəti və içərisində olan altı nəfər düşmən desantını məhv edir. Partlayış nəticəsində baş verən yanğından BTR-i xilas etmək olmur. Cünki toqquşma nəticəsində döyüş maşınımızda nasazlıq yaranmışdı.

Beləliklə şəkildə gördüyünüz bu mənzərə yaranır.

Xeyli sayda canlı qüvvəmizin həyatını xilas edən BTR-82A zirehli transportyorunu idarə edən 23 yaşlı Nəriman Atakişiyev isə hospitalda aldığı müalicədən sonra həyatı təhlükəni atlatmağı bacarıb".

04.12.2020 15:23:00
Oxuma sayı: 38