“Amnesty International”ın baş məsləhətçisi Kəlbəcərdən yazdı: “Evlər talan edilib”
Ölçü:

"Dağlıq Qarabağın Kəlbəcər bölgəsində evlər talan edilib. 27 illik işğal dövründə hamısı ermənilər tərəfindən yağmalanıb. 1993-cü ildə torpaqlarından qaçmaq məcburiyyətində qalan azərbaycanlıların evlərində nə qapı, nə pəncərə, nə də bir kərpic qalıb".

Koordinat.az
xəbər verir ki, bu barədə "Amnesty International"ın baş məsləhətçisi Donatella Rovera rəsmi "Twitter" hesabında paylaşım edib. O qeyd edib ki, ermənilər 1993-cü ildəki işğaldan əvvəl Kəlbəcərdə dəfn edilən azərbaycanlıların məzarlarını dağıdıblar:

"Bəzi qəbirlər 27 illik işğaldan sonra ötən həftə ərazini tərk edən ermənilər tərəfindən təzəlikcə dağıdılıb".
04.12.2020 15:11:00
Oxuma sayı: 37