Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya çağırdı
Ölçü:

Dünyanın ən zəngin ermənisi, “Taşir” şirkətinin sahibi Samvel Karapetyan baş nazir Nikol Paşinyanı istefaya səsləyib.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, baş nazirin siyasətinin iflasa uğradığını dilə gətirib: “Hamımız, ilk növbədə isə hazırkı hakimiyyət baş nazir Nikol Paşinyanın bir sıra səbəblərdən dolayı cəmiyyətin enerjisini konstruktiv məcraya yönəldə bilməyəcəyini, qarşıdakı ciddi problemlər fonunda xalqı birləşdirə biləməyəcəyini etiraf etməlidir”.

İş adamı yalnız baş nazir və hökumətin istefa verməsini, hakimiyyətin qansız dəyşidirilməsini vacib sayır.

Samvel Karapetyan 2,5 milyard dollar şəxsi sərvətlə Rusiyanın 39-cu ən zəngin iş adamıdır.

 
04.12.2020 12:48:00
Oxuma sayı: 39