Araik Arutunyan "Telekom Armeniya"nın rəhbərini Xankəndiyə dəvət etdi - FOTO
Ölçü:

Bu gün Xankəndidəki separatçıların lideri Araik Arutunyan Ermənistanın "Telekom Armeniya" operatorunun rəhbərləri ilə görüşüb.

Koordinat.az xəbər verir ki, bu barədə Arutunyan özünün "Facebook" səhifəsində yazıb. Görüşdə Qarabağda telekommunikasiya infrastrukturunun qurulması üçün razılıq əldə olunduğu bildirilir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz separatçıların liderinin bu "görüşünü" şərh edərkən bildirib ki, son günlərədək "Telekom Armeniya" Rusiyaya məxsus "Beeline" brendi altında fəaliyyət göstərib: "Şübhəli bir sövdələşmə ilə əvvəllər " VEON Armeniya» (əvvəılki adı “АрменТел”, brend Beeline) olan şirkəti  digər  erməni mobil operatorun sahibləri satın alıblar. Maraqlıdır ki, ermənilərin aldığı bildirilsə də, şirkət Rusiyaya məxsus "Beeline" brendindən hələ imtina etməyib. İndi məlum olur ki, Dağlıq Qrabağda telekommunikasiya xidmətləri üçün ilk növbədə əvvəl Rusiya, indi isə Ermənistan şirkəti hesab olunan bu operator nəzərdə tutulubmuş. Digərlərinin də dəvət edilməsi planlaşdırılır".

Bu nə dərəcədə doğrudur? Dağlıq Qarabağda öz ofislərini açan bu telekom operatorlar bizdə qeydiyyatdan keçməyəcəkmi?  İnternet trafik haradan alınacaq?
İnformasiya təhlükəsizliyimiz necə qorunacaq?

Osman Gündüz hesab edir ki, informasiya trafikinin  Ermənistan üzərindən gerçəkləşməsi, Qarabağdakı telekom  operatorların bizim qanunvericilikdən kənar fəaliyyəti  informasiya və telekommjnikasiya sahəsində milli maraqlarımız üçün ciddi təhdidlər yaradacaq: "Bununla bağlı bizim aidiyyatı qurumların açıqlama verməsi vacibdir".
03.12.2020 18:23:00
Oxuma sayı: 72