Lavrov ATƏT-i Qarabağ məsələsinə diqqəti artırmağa çağırdı

Rusiya Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın ATƏT ölkələri tərəfindən daha fəal dəstəklənməsinə ümid edir.
Koordinat.az-ın məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında deyib. O bildirib ki, təşkilatın münaqişələrin tənzimlənməsində potensialına tələbat var: "ATƏT məkanında böhran vəziyyətlərinin həlli üzrə əldə olunan razılaşmalara üzv-ölkələr tərəfindən daha çox dəstək göstərilməlidir. Bu yanaşmanı Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı da gözləyirik. Biz ATƏT Minsk qrupunun üç həmsədri ilə əməkdaşlığı qiymətləndiririk".

03.12.2020 17:10:00
Oxuma sayı: 33