Prezidentin dünən imzaladığı sərəncamı ləğv etdi
Ölçü:


Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Koordinat.az
xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli Sərəncamı ləğv edilib.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycanda yeni Zəfər Günü təsis edilib.

Sərəncamda qeyd olunub ki, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

03.12.2020 14:24:00
Oxuma sayı: 46