Koronovirusdan dünyada 12 min 376 nəfər ölüb
Ölçü:

Dekabrın 2-də dünyada COVID-19 infeksiyası səbəbindən rekord sayda – 12 min 376 nəfər həyatını itirib, 634 min 970 yeni yoluxma halı aşkarlanıb.

Koordinat.az
"Worldometer"ə istinadla xəbər verir ki, bundan öncəki rekord 12 min 267 nəfərin öldüyü noyabrın 25-də qeydə alınmışdı. Son məlumata əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 64 milyon 844 min 711 nəfərə, ölənlərin sayı isə 1 milyon 499 min 346 nəfərə çatıb. Eyni zamanda, 44 milyon 941 min 481 nəfər sağalıb, müalicəsi davam edən 18 milyon 397 min 941 xəstədən 106 min 458 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 14 milyon 313 mini ötüb. Hindistanda 9 milyon 534 min, Braziliyada 6 milyon 436 min, Rusiyada 2 milyon 347 min, Fransada 2 milyon 244 min yoluxma qeydə alınıb.

Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri ABŞ-ın payına düşür - 279 min 865 nəfər. Ölüm göstəricisinə görə ilk beşliyə daxil olan Braziliyada 174 min 531, Hindistanda 138 min 657, Meksikada 107 min 565, Böyük Britaniyada isə 59 min 699 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
03.12.2020 14:10:00
Oxuma sayı: 45