Rus jurnalistin Xankəndidə gördükləri: "Orada yaşayan ermənilərin hamısında silah və ya partlayıcı maddələr var"
Ölçü:


RBK-nın Dağlıq Qarabağa ezam olunmuş əməkdaşı Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndidə gördüklərindən danışıb.

Koordinat.az xəbər verir ki, rusiyalı jurnaliust Xankəndidə yaşayan ermənilərin demək olar ki, hamısında silah və ya partlayıcı maddələr olduğunu deyib.

"Kiminsə çoxdan qalan qumbarası, bir başqasının avtomatı və sair. Biz  Xankəndidə olanda, avtomobillə gedəndə könüllünün yanında avtomat vardı, maşının içərisində hər yerdə patronlar dağılmış vəziyyətdə idi. Sülhməramlılar bizi nəzarət məntəqəsində saxlayanda silahı gördükdən sonra onun qeydiyyatdan keçib-keçmədiyini soruşurdu. Təsdiq cavabı alandan sonra bizi buraxırdı”, - deyə jurnalist təəccüblə bildirib.

Xatırladaq ki, üçtərəfli razılaşmaya əsasən, Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bununla da Dağlıq Qarabağ ərazisində erməni silahlı qüvvələri olmamalıdır. Rusiyalı jurnalistin ermənilərdə kifayət qədər silah olması və bunun qarşısının sülhməramlılar tərəfindən alınmaması suallar doğurur. Bunu RBK-nın müxbiri də qizlətmir.
02.12.2020 18:15:00
Oxuma sayı: 76