Səfir: "İran Azərbaycanın mövqeyini müdafiə edir”
Ölçü:

"Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək vermək rəsmi Tehranın prinsipial mövqeyidir".

Koordinat.az
xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi “Səhər” saytına açıqlamasında deyib. Diplomat İran İslam İnqilabının Ali Rəhbərinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının geri qaytarılmasına dair bəyanatını xatırladaraq vurğulayıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmək, İranın prinsipial mövqeyidir və heç kəs müstəqil ölkələrin ərazilərinin işğal edilməsini qəbul etmir.

Səfir bildirib ki, İran işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı Azərbaycanın mövqeyini müdafiə edir. O əlavə edib ki, ölkəsi bu ərazilərin Azərbaycan Respublikasına aid olduğu qənaətindədir. Şübhəsiz, İran İslam Respublikası sərhədlərinin qonşuluğunda yerləşən və indiyədək Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinin azad edilməsi ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yeni fürsətlər yaradacaq. İran heç vaxt öz sərhədləri yaxınlığında qondarma “Dağlıq Qarabağ respublikasını” rəsmən tanımayıb, daim beynəlxalq sərhədlərin dəyişməzliyi və ölkələrin ərazi bütövlüyünün qorunması prinsipini müdafiə edib, həmçinin dünyanın hər bir güşəsində hər hansı işğalçılığa və saxta bir dövlətin yaradılmasına qarşı çıxıb. (Azərtac)

02.12.2020 17:07:00
Oxuma sayı: 55