Köçəryan Paşinyanı " kapitulyasiyaya imza atan xain" adlandırdı
Ölçü:

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin açıqlamasına reaksiya verib.

Koordinat.az
xatırladır ki, Milli Təhlükəsizlik Xidməti noyabrın 10-da Ermənistanda baş verən iğtişaşlara görə dolayısı ilə Robert Köçəryanı ittiham edib. Qurumun yaydığı açıqlamada qeyd edilir ki, iğtişaşlarda əsasən keçmiş prezidentin tərəfdarları iştirak edib.

Robert Köçəryanın ofisinin yaydığı açıqlamada isə deyilir ki, keçmiş prezidentin çoxsaylı tərəfdarlarının olduğunu “kəşf” etmək üçün xüsusi xidmət orqanı olmağa ehtiyac yoxdur.

"Köçəryanın minlərlə tərəfdarının olması bəlli bir həqiqətdir. Onlar vətənpərvərlər, siyasi cəhətdən fəal insanlardır və daima müxtəlif aksiyalarda və mitinqlərdə iştirak edirlər. Milli Təhlükəsizlik Xidməti  imkanlarını başqa bir şey üçün – xain və kapitulyasiyaya imza atılmasının motivlərini aydınlaşdırmaq üçün səfərbər etməlidir”, - deyə açıqlamada bildirilir.
02.12.2020 15:45:00
Oxuma sayı: 44