İran deputatı Naxçıvanla Azərbaycanı birləşdirən dəhlizə qarşı çıxdı: “Biz o dəhlizi tanımırıq”
Ölçü:

İran parlamentinin deputatı Əhməd Biqeş sərt bəyanatla çıxış edərək Naxçıvanla Azərbaycan arasında dəhlizi tanımamağı tələb edib.

Koordinat.az xəbər verir ki, iranlı deputat Tehranı Türkiyənin Azərbaycanda möhkəmlənməsinə qarşı tədbirlər görməyə çağırıb: "Biz Türkiyəyə xidmət edəcək dəhlizi tanımırıq".
 
"Vestnik Kavkaza"nın yazdığına görə, Biqeş İran parlamentini Türkiyənin regiona müdaxiləsinə qarşı çıxmağa və İranın regionda sərhədlərin coğrafi dəyişməsini və müvafiq dəhlizi tanımadığını rəsmən bəyan etməyə çağırıb.

İranlı deputatın isterikasının səbəbləri aydın deyil. Lakin Tehranda müəyyən dairələr Türkiyənin regionda möhkəmlənməsini NATO-nun buraya gəlişi kimi təqdim etmək istəyirlər.
02.12.2020 15:34:00
Oxuma sayı: 234