Putin Paşinyanı və onun komandasını dəstəklədiyini etiraf etdi
Ölçü:

Rusiya prezidenti Vlıadimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dövlət başçılarının sammitini keçirib.

Koordinat.az xəbər verir ki, videokonfrans formatında baş tutan iclasda dünyada və regiondakı hərbi vəziyyət müzakirə olunub.

“Qarabağda qanlı qarşıdurmaları dayandırmaq üçün Rusiyanın fəal vasitəçilik səylərinə ehtiyac yarandı”- deyə Putin çıxışında deyib.

Putin baş nazir Nikol Paşinyanı dəstəkləməli olduqlarını diqqətə çatdırıb: “Bizim hədəfimiz dinc həyata qayıdış və əldə olunmuş razılaşmların icrası naminə baş nazir Paşinyanı və onun komandasını dəstəkləməkdən ibarətdir”.

Sonra çıxış üçün söz Ermənistan baş naziri Nikol Paşinyana verilib. Amma texniki problemlər səbəbindən onun səsis bir müddət eşidilməyib.

02.12.2020 13:56:00
Oxuma sayı: 40