Erməni polisindən itkin əsgərlərin valideynlərinə qarşı zorakılıq
Ölçü:


Ermənistanda Qarabağ savaşında itkin düşənlərin valideynəri zorla Müdafiə Nazirliyinin binasına girməyə cəhd edib.

Koordinat.az
erməni mediasına istinadən xəbər verir ki, qəzəbli valideynlərin qarşısını alınıb. Onlar valideynlərin qarşısında canlı sədd qurublar. Valideynlər isə “Uşaqlar, qardaş kimi icazə verin ki, içəri daxil olaq” deyərək onlardan qarşıdurma yaratmamağı xahiş ediblər. Lakin polislər onların xahişinə əhəmiyyət verməyərək zorakılıq ediblər.

Erməni mediası yazır ki, itkin düşənlərin valideynləri artıq iki saatdır Müdafiə Nazirliyinin binasının qarşısında dayanaraq içəri daxil olmağa cəhd edir. Bu müddət ərzində rəhbərlikdən heç kim onların qarşısına çıxmayıb.
01.12.2020 18:18:00
Oxuma sayı: 267