Birgə Monitorinq Mərkəzi tezliklə fəaliyyətə başlayacaq
Ölçü:


Türkiyə-Rusiya Ortaq Monitorunq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter” hesabında paylaşıb. Qeyd olunub ki, noyabrın 11-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün videokonfrans vasitəsilə anlaşma memorandumu imzalanmışdı: “Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və daha bir memorandum imzalanıb. Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır”.

 


01.12.2020 11:37:00
Oxuma sayı: 40