Türkiyəli əsgərin Qarabağa gəlişi gecikir
Ölçü:

Türkiyəli əsgərlərin Qarabağda xidməti ilə bağlı Türkiyə Böyük Millət Məclisində qərar qəbul edilmiş qərarın təsdiqlənməsindən iki həftə ötsə də, icra edilmir. Bu isə türkiyəli əsgərlərin Qarabağa yerləşdirilməsini gecikdirən səbəblərlə bağlı yeni suallar yaradır.

Koordinat.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan CHP-dən olan türkiyəli millət vəkili Atilla Sertel türkiyəli əsgərlərin Azərbaycana göndərilməsinin tam zamanı olduğunu, gecikmənin isə iqtisadi problemlərdən irəli gəldiyini bildirib: "Biz Cümhuriyyət Xalq Partiyası olaraq Qarabağa əsgərlərin göndərilməsi qərarının leyhinə səs verdik. Əslində qərar qəbul edildikdən dərhal sonra əsgərlərin Azərbaycana göndərilməsi lazım idi. Hazırda bu istiqamətdə hazırlıqlar davam etdirilir. Lakin məlum olduğu kimi bu məsələdə birbaşa səlahiyyətli şəxs ölkə başçısı Rəcəb Tayyib Ərdoğandır. Buradan çağırış edərək deyirəm ki, artıq əsgərlərin göndərilməsinin tam vaxtıdır. Türkiyədə indi iqtisadi baxımdan sıxıntılar var. Hazırda hökumət qətərlilərə şirkətləri satmaqla məşğuldur bu baxımdan yəqin ki, əsgərlərin göndərilməsi məsələsi yubanır".

Deputat türkiyəli əsgərlərin Qarabağda 1 ildən də çox qala biləcəyini diqqətə çatdırıb:
"Türkiyəli əsgərlərin Azərbaycanda 1 ildən çox qalması məsələsi gündəmə gətirilərsə biz partiya olaraq yenə də bu qərarı dəstəkləyəcəyik. Azərbaycan nə qədər istəsə türkiyəli əsgərlər də o qədər Qarabağda qalmalıdır".
30.11.2020 18:18:00
Oxuma sayı: 52