İran-Azərbaycan münasibətlərinin gələcək perspektivi - Şaban Cahandidə yazır
Ölçü:

Şaban CAHANDIDƏ

Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb. Prezident İlham Əliyev və digər dövlət rəsmiləri belə bir ifadə ilə çıxış edibrlər, üçtərəfli bəyanat münaqişəyə son qoydu. Azərbaycan Pespublikasının prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciətində münaqişədən sonraki vəziyətlə bağlı çox mühüm bəyanatlar səsləndirdi. Hətta Azərbaycan dövlətinin Yerevanda sağlam qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə Ermənistanla normal münasibətlər qurmağa hazır olduğunu söylədi.

Azərbaycan prezidenti həmişə olduğu kimi, uzaqgörən baxışları ilə həm Azərərbaycanın münaqişədən sonrakı vəziyyətini , eyni zamanda ölkələr arasında münasibətlərin gələcək perspektivləri ilə bağlə yol xəritəsi hazırlayır. İlham Əliyev 44 günlük müharibə dövründə Ermənistana dəstək verməyən ölkələrə bir daha təşəkkürünü bildirərək, İran İslam Respublikasının dəstəyinə xüsusi diqqət yetirdi. Prezident Əliyev bəyan edib: “Mən bunu bilirəm ki, ermənilər silahları nəyə görə İran üzərindən gətirə bilməyiblər. Ona görə ki , İran bizim dost və qardaş ölkəmizidir. Bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb, ona görə ki, qardaş ölkə istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər.”

Qırx dörd günlük müharibə dövründə Azərbaycan prezidenti xarici mediaya müsahibələrində də İranla bağlı bəzi jurnalistlərin təxribat xarakterli suallarını cavablandırarkən İrana öz təşəkkürünü bildirmişdi. Halbuki xarici media nümayəndələri bunun əksini gözləyirdilər. Amma Azərbaycan prezidenti onların dezinformasiyalarını alt-üst etdi. Azərbaycan prezidenti və onun kömkçisi Hikmət Hacıyev cənabları da İranın birinci Qarabağ döyüşlərində Azərbaycana hərtərəfli dəstək verməsini və hətta iranlı hərbiçilərin ermənilərə qarşı döyüşməsini müsbət qiymətləndirmişdi.

Azərbaycan dövlət rəsmilərinin İran İslam Respublikasının etdiyi yardım və mənəvi dəstəklərinə görə təşəkkür etmələrinə baxmayaraq, İran-Azərbaycan münasibətlərini korlamaq istəyən bəzi təxribatçı qüvvələr İranın bu müharibədə Ermənistana dəstək verdiyini iddia etdilər. Lakin hər dəfə Azərbaycan rəsmilərnin tutarlı və möhkəm cavabları ilə üzləşdilər.

İran İslam inqilabının ali rəhbəri Ayətullah Seyid Əli Xaməneyi Azərbaycana dəstək bəyanatı verdikdə təxribatçı qüvvələr yenə də hərəkətə keçdilər və "İran lideri niyə ilk gün dəstək vermədi?" deyə bu dəyərli bəyanata kölgə salmaq istədilər. Halbuki İranın ali rəhbəri 30 il bundan əvvəl "Qarabağ islam torpağıdır!" deyəndə dezinformasiya yayan qurupların başcıları o zaman səslərini belə, çıxara bilmirdilər. İranın ali rəhbəri, İran prezidenti və başqa yüksək səviyyəli dövlət rəsmiləri, ümumiyyətlə İran dövləti və xalqı Azərbaycanı bu muharibədə təkcə mənəvi yox, hərtərəflı şəkildə dəstəklədilər və Qarabağ münaqışəsinin həll edilməsində böyük rol oynadılar. Bu dəstəklər haqqında dövlət rəsmiləri öz vaxtında daha ətraflı məlumat verəcəklər.

Son illər ərzində İran İslam Respublikasının Orta Şərq regionunda təsiredici rolu və bu ölkənin iştirakı olmadan region böhranlarının həll edilməsinin mümkün olmadığı artıq hər bir ölkəyə və siyasi qüvvəyə artıq sübut olunub. İranın ali rəhbərinin söylədiyi hər bir cümlə dünya ölkələri və beynalxalq ekspərtlərin diqqət mərkəzində olur və onun Qarabağ haqqında bəyanatı Azərbaycana qarşı qərb ölkələrinin apardığı çirkin plana son qoydu.

Azərbaycan xalqı muharibə dövründə Azərbyacanın haqq işinə dəstək verən ölkləri unutmayacaq və bu məsələ Azərbaycanın xarici siyasətində də öz əksini tapacaq, dost və qardaş ölkələrlə münasibətlər günü-gündən genişlənəcək. Azərbaycan daha çox İranla uzun sərhədə malikdir və işğaldan azad olunan ərazilər İranla bütün sərhədlərin bərpasına imkan verdi. İranla iqtisadiyyat və ticarət sahəsində əlaqələr bundan sonra da genişləncək və Arazboyu ərazilərin işğaldan azad olunması, prezident Əliyev tərəfindən həmin sərhədin "Dostluq sərhədi" adlandırılması dostluq və qadaşlığa əsaslanan münasibətlərin inkişafına zəmin yaradacaq.

Xudafərin körpüsü iki ölkə əlaqələrinin və dostluğunun simvoludur. Bundan sonra yeni dostluq körpülərinin salınması, əhalinin rahat gediş-gəlişi üçün yeni gömrüyün açılması işğaldan azad olunan rayonların bərpasında iranlı qardaşların iştirakı İranla Azərbaycan əlaqələrinin möhkəmlənməsində böyük rol oynayacaq.

İranla Azərbaycan dostluğu və qardaşlığı əbədidir.
30.11.2020 18:06:00
Oxuma sayı: 87