İşğaldan azad olunmuş ərazilərə getmək arzusunda olanların diqqətinə
Ölçü:

İşğaldan azad olunmuş torpaqlar qısa müddətdə minalardan təmizlənəcək və vətəndaşlarımızın həmin ərazilərə getmələri üçün şərait yaradılacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib. O, bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərə nəzarət edilir, yollarda polis tərəfindən mühafizə zolaqları və postlar qurulub: "Bu ərazilər çox böyükdür. Şəxsi kontingent zəruri tədbirləri həyata keçirir. Əhalidən xahiş edirik ki, həmin ərazilərə getməsinlər. Bu, onların özləri və ailələri üçün təhlükəlidir. Biz bu ərazilərə nəzarət etmək üçün əlimizdən gələni edirik, polis tərəfindən nəzarət edilir. Amma oraya gedən insanlar dağlardan, digər yollardan istifadə etdikləri üçün buna nəzarət etmək çox çətindir".

İdris İsmayılov deyib ki, Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanıb: "Bu istiqamətdə işlər davam edir. Ancaq bu işlərin hansı müddətdə yekunlaşacağını demək çətindir. Çünki ərazi mürəkkəb relyefə malikdir və partlayıcı maddələr əsasən əllə təmizlənir".
30.11.2020 17:08:00
Oxuma sayı: 52