Prokurorluq Paşinyanı ittiham edən partiya liderinə xəbərdarlıq etdi - 48 milyon dollarlıq inqilab...
Ölçü:


Ermənistan Milli Təhlükəsizlik Xidməti “Milli Təhlükəsizlik” partiyasının lideri Qarnik İsaqulyanla bağlı prokurorluğa müraciət edib.

Koordinat.az
xəbər verir ki, buna səbəb İsaquryanın mətbuat konfransında Ermənistanı silkələyənfikirlər bildirməsidirəsidir. Partiya lideri iddia edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı və Ankaradan aldığı 48 milyon dollar müqabilində ölkədə “məxməri inqilab” edib.

İsaqulyan iddia edib ki, bu vəsait Ermənistana ABŞ-ın Gürcüstandakı səfirliyindən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, "Mənim Adımım" fraksiyasının rəhbəri Lilit Makunts, Nikol Paşinyanın xanımı Anna Akopyan, bir neçə deputat və İctimai Şuranın sədri Stepa Safaryan  millət vəkilləri, habelə İctimai Şuranın rəhbəri Stepa Safaryan tərəfindən çatdırılıb.

Partiya sədri iddia edib ki, Paşinyan Qarabağda müharibə başlayacağını 1,5 ay əvvəl bilib. Amma bunun qarşısını almaq üçün heç bir addım atmayıb. Eyni zamanda məqsədli şəkildə Ermənistanı məğlubiyyətə sürükləyib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə İsaqulyanın dedikərini dezinformasiya adlandırıb.

"Milli təhlükəsizlik orqanlarının funksiyaları barədə özünəməxsus təsəvvürləri olan şəxsləri və təşkilatları cəmiyyətdə çaşqınlıq yaradan, daxili gərginliyə səbəb olan, eyni zamanda dövlətin nüfuzunu zədələyən fikirlər səsləndirməkdən çəkinməyə çağırırıq”, - deyə qurumun yaydığı açıqlamada bildirirlir.

Qeyd edilir ki, xüsusi xidmət orqanları, yaxud yüksək vəzifəli şəsxlər barəsində dezinformasiya və böhtanların yayılması davaç edəcəyi təqdirdə müvafiq hüquqi addımlar atılacaq.
30.11.2020 14:54:00
Oxuma sayı: 55