Yerevanda əsgər anaları ordunun Qarabağdan çıxarılmasını tələb edir
Ölçü:

Qarabağda xidmət edən erməni hərbçilərin valideynləri Yerevanda yeni aksiya keçiriblər.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, onlar övladlarının Qarabağdan qaytarılmasını tələb edirlər. Hökumət binası önündəki aksiyada iştirak edənlərin bir qismi Baş nazirin köməkçisi ilə görüşə aparılıb. Qalan etirazçılar isə hələ noybarın 28-də müdafiə naziri Vaqarşak Arutunyanla keçirilən görüşün nəticələri barədə izahat tələb edirlər.

“Bizim övladlarımız istirahətə ehtiyac duyur. Onların dərhal Ermənistana qaytarılmasını, yeni sərhəd xəttində xidmət etməsini istəyirik. Övladlarımızı Qarabağdan qaytarsınlar. Biz çox narahatıq”- deyə valideynlər açıqlama verib.

Etirazçılar dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılmasına qədər övladlarının Ermənistan ərazisində xidmətə başlamasını tələb edirlər.

30.11.2020 13:58:00
Oxuma sayı: 47