Əməkdar jurnalist ailəlikcə koronavirusa yoluxub
Ölçü:

“Dostlar artıq bir ildir ki, dünyanı cənginə alan COVID-19-dan biz də yan keçə bilmədik. Nə qədər qorunsaq da, ətrafımızdakı məsuliyyətsiz, "əşşi boş ver korona-morona yoxdu" deyənlərin ucbatından bizim ailə də bu bəlaya bulaşdı”.

Koordinat.az
xəbər verir ki, bu barədə Əməkdar jurnalist Nadir İsmayılov sosial şəbəkə hesabında yazıb. O, bir müddətdir müalicə aldıqlarını qeyd edib: “Əminəm ki, Allahın köməkliyi ilə tezliklə normal həyata qayıdacayıq. Amma həm də qorxuram. Çünki normal həyat dediyimiz çöl, küçə, market o koronadan da təhlükəli, "korona yoxdu" deyən ikiayaqlı viruslarla doludur. Müharibə cəbhəsindəki düşmən qədər təhlükəli olan belələrinə qarşı ən sərt addımlar atılmalıdır. Çünki məhz belələrinin cinayəti ucbatından yarımcan hala düşmüşəm, ciyərlərdə buzlu şüşə, daxili orqanlarda ağrılar. Hələ sağalandan sonra hansı fəsadlar qalacaq onu tək Allah bilir. Müalicə üçün sərf olunan maliyyəni hələ bir kənara qoyuram”.

Jurnalist hər kəsə özünü qorumağı tövsiyə edib: “Bir sözlə, özünüzü qoruyun! Həm gözəgörünməz düşmən olan COVID-19-dan, həm də o düşmənə müttəfiqlik edən aramızdakı ikiayaqlı viruslardan!”.
30.11.2020 13:44:00
Oxuma sayı: 7096