Hotellərə ulduz veriləndə bunlar da nəzərə alınacaq
Ölçü:


Azərbaycanda yeni Milli Ulduz Təsnifat Sistemi əsasında hotellərin ulduz təsnifatlaşdırılması aparılan zamanı onların koronavirusdan (COVİD-19) qorunmaq üçün qoruyucu tədbirlərə hansı formada əməl etməsi də nəzərə alınacaq.

Koordinat.az
xəbər verir ki, bunu "Trend"ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib. Onun sözlərinə görə, Azərbaycanda hotellərin ulduz təsnifatlaşdırılması üçün tərtib olunan kriteriyalar sırasına COVİD-19-la bağlı bənd də daxil edilib.

Baş icraçı direktor hesab edir ki, COVİD-19 virusu yox olsa belə, hələ 1 il müddətində bununla bağlı məsələlərin ulduz təsnifatlaşdırmasında nəzərə alınması lazımdır: “Artıq beynəlxalq praktikada da bu, nəzərə alınıb. Bu praktikanın tətbiqi qonaq və işçilər üçün hotellərdə COVİD-19-la bağlı təhükəsiz şəraitin yaradılmasına görə lazımdır”.

G.Sağlam qeyd edib ki, Azərbaycanda hotellərə yeni Milli Ulduz Təsnifat Sistemi əsasında ulduzların verilməsi üçün hazırlıq işləri bitsə və AHA bu prosesin həyata keçirilməsinə hazır olsa da, müharibənin başlanılması və COVİD-19-la bağlı sərt karantin rejiminin tətbiqi səbəbindən təsnifatlaşdırma aparılmayıb.

G.Sağlam əlavə edib ki, təsnifatlaşdırmadan keçmək istəyən hotellər AHA-nın saytında qeydiyyatdan keçə bilərlər.
30.11.2020 13:23:00
Oxuma sayı: 45