Bakının kirayə üsulu ilə evlər satılacaq
Ölçü:


Yaxın vaxtlarda Bakının daha iki ərazisində kirayə üsulu ilə evlərin satışına başlanacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə onlayn görüş zamanı İpoteka və Kredit Zəmanət Fondunun sədr müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, artıq fond Babək prospektinin sonunda və 9-cu mikrorayonda da yeni mənzillər əldə edib. Yaxın vaxtlarda bunlar da satışa çıxarılacaq.

Babək prorspektindəki mənzillər kvadratı 1350 manatdan, 9-cu mikrorayondla isə 1380 manatdan alınıb. Mənzillər elə həmin qiymətə satılacaq, illik xidmət haqqı isə 4% olacaq.

30.11.2020 13:11:00
Oxuma sayı: 198