Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
Ölçü:


Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 4-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 14:40-dan etibarən elan edib.

DİM-in mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1307 nəfərdən 25 nəfəri imtahana gəlməyib. 1282 nəfərin imtahan nəticələri DİM-in internet portalında yerləşdirilib.

05.02.2018 15:27:00
Oxuma sayı: 112